BAKI, 28 yanvar. TELEQRAF
ABŞ-ni əhatə edən güclü qar fırtınası nəticəsində 42 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Bildirilir ki, həlak olanlar arasında Nyu-York, Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Texas və Cənubi Karolina ştatlarının sakinləri var.
Fırtına ABŞ-nin təxminən 200 milyon sakininə təsir edib və bəzi yerlərdə qarın hündürlüyü 40 sm-ə çatıb. Pis hava şəraiti səbəbindən ölkədə təxminən 20 min aviareys ləğv edilib. "PowerOutage" monitorinq resursunun məlumatına görə, hələ də 448 mindən çox abunəçi işıqsız qalıb.
ABŞ Milli Meteorologiya Xidmətinin qiymətləndirməsinə görə, qar fırtınasından təsirlənmiş bəzi ştatlar son bir neçə onillikdə ən uzun soyuq dövrü yaşaya bilər.