BAKI, 27 may. TELEQRAF

Ermənistanda “Güclü Ermənistan” partiyasının mitinqində iştirak müqabilində rüşvət verilməsi ilə bağlı cinayət işi üzrə iki nəfər həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, təqsirləndirilən şəxslər İrəvanda keçirilən etiraz aksiyalarına iştirakçı cəlb etmək müqabilində hər bir şəxsə 15 000 dram (təxminən 69 manat - red.) ödəyiblər.

İstintaqın məlumatına əsasən, N.T. 2026-cı ilin aprel ayında Azadlıq Meydanında keçirilən mitinqə pullu iştirakçıların cəlb edilməsi prosesini təşkil edib.

Onun dostu G.A.-nın isə qohumlarını mitinqə gətirdiyi və hər iştirakçıya vəd edilən məbləği ödədiyi bildirilir.

Cinayət işi çərçivəsində ondan çox axtarışın aparıldığı qeyd olunub.