BAKI, 27 may. TELEQRAF
İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Livanda “Hizbullah” hərəkatına aid 150 hərbi hədəfə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar Livanın cənubundakı Tir və Nəbatiyyə rayonları, həmçinin ölkənin şərqində yerləşən Bekaa vadisi ərazisini əhatə edib.
"Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Tir və Nəbatiyyə bölgələrində, eləcə də Bekaa vadisində "Hizbullah"ın 150 hədəfinə zərbə endirib", – açıqlamada qeyd olunub.