BAKI, 27 may. TELEQRAF

Ermənistanda seçkiqabağı rüşvət vermək və almaqla bağlı cinayət işi çərçivəsində 10 nəfər saxlanılıb, onlardan üçü həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar Vanadzor şəhərində fəaliyyət göstərən və Qaqik Sarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyası ilə əlaqəli şəxslərdir.

Komitənin məlumatına görə, əməliyyat seçkiqabağı rüşvət vermək və almaq faktları üzrə başlanmış cinayət istintaqı çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.