BAKI, 18 yanvar. TELEQRAF

Danimarkada minlərlə insan ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirməklə bağlı iddialarına etiraz olaraq küçələrə çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

“Qrenlandiyadan əl çəkin” şüarı altında keçirilən kütləvi aksiyalar Olborq, Orhus, Odense və Kopenhagen şəhərlərində baş tutub. Etirazçılar Danimarkanın ərazi bütövlüyünə və Qrenlandiyanın statusuna hörmət edilməsini tələb ediblər.

Eyni zamanda, Qrenlandiyanın paytaxtı Nuuk şəhərində də minlərlə sakin analoji etiraz aksiyasına qatılıb. Aksiya iştirakçıları Qrenlandiyanın gələcəyinə yalnız onun əhalisinin qərar verməli olduğunu vurğulayıblar.