BAKI, 18 yanvar. TELEQRAF

Suriya keçid hökumətinin silahlı qüvvələri ölkənin şimalındakı Rakka vilayətinin Tabka şəhərində yerləşən aerodromun ərazisini nəzarətə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.

Bildirilir ki, obyekt bundan əvvəl kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində olub.

Bundan əlavə, Suriya ordusunun bölmələri kürd döyüşçülərini sıxışdıraraq Fərat su-elektrik stansiyasına da nəzarəti ələ keçiriblər. Telekanal bildirir ki, hökumət qüvvələri Rakka vilayətinin inzibati mərkəzi olan Rakka şəhəri istiqamətində irəliləməni davam etdirir.