BAKI, 17 yanvar. TELEQRAF

İsveçin Baş naziri Ulf Kristersson ABŞ-nin bir neçə Avropa ölkəsinə qarşı tariflər elan etməsindən sonra sosial mediada bildirib ki, İsveç Qrenlandiyadakı vəziyyətlə bağlı şantaj olunmağa imkan verməyəcək .

Teleqraf xəbər verir ki, hökumət başçısı İsveç və digər Aİ üzvləri, Böyük Britaniya və Norveç arasında Amerika təhdidlərinə qarşı birgə cavab tədbirləri ilə bağlı intensiv danışıqların aparıldığını deyib.

Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi. ABŞ lideri bu ölkələrin adaya qüvvələrini yerləşdirməyə başlamasından qəzəbləndiyini bildirib.

Ağ Ev bu gün Danimarka, İsveç, Norveç , Böyük Britaniya, Almaniya , Fransa , Hollandiya və Finlandiyaya qarşı 10% tarif tətbiq olunacağını elan edib. Bu tarif sonradan 25%-ə qədər artırıla bilər və Vaşinqton tərəfindən Qrenlandiyanın alınması ilə bağlı razılaşma bağlanana qədər qüvvədə qalacaq.