BAKI, 17 yanvar. TELEQRAF

Avropa ölkələri Qrenlandiya üzərində təhlükəli oyun oynayır.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "TruthSocial" hesabında bildirib.

O yazıb ki, Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Britaniya, Hollandiya və Finlandiya naməlum məqsədlərlə Qrenlandiyaya yola düşüblər.

Tramp bu ölkələrin planetdə təhlükəsizliyin qorunması üçün çox təhlükəli bir vəziyyət yaratdıqlarını deyib.

Ağ Ev rəhbəri bildirib ki, bu ölkələr qəbuledilməz bir risk səviyyəsi yaradıblar.

Tramp həmçinin Qrenlandiyadakı vəziyyətlə əlaqədar olaraq 1 fevral tarixindən etibarən bu Avropa ölkələrinə 10% tarif tətbiq olunacağını elan edib. Onun sözlərinə görə, 1 iyun 2026-cı il tarixindən etibarən bu ölkələr üçün tariflər 25%-ə qədər artacaq.