BAKI, 17 yanvar. TELEQRAF
ABŞ illərdir Danimarkaya və bütün Avropa Birliyi ölkələrinə tarif tətbiq etməməklə subsidiyalar verib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial şəbəkəsində bildirib.
"Biz illərdir ki, Danimarkaya, bütün Aİ ölkələrinə və digər ölkələrə tariflər və ya hər hansı digər kompensasiya tətbiq etmədən subsidiyalar veririk", - deyə o yazıb.
Ağ Ev rəhbəri həmçinin fevral ayında Danimarka, İsveç, Norveç , Böyük Britaniya, Almaniya , Fransa , Hollandiya və Finlandiyaya qarşı 10% tarif tətbiq olunacağını elan edib. Bu tarif sonradan 25%-ə qədər artırıla bilər və Vaşinqton tərəfindən Qrenlandiyanın alınması ilə bağlı razılaşma bağlanana qədər qüvvədə qalacaq.