BAKI, 15 yanvar. TELEQRAF
ABŞ hərbçiləri Karib dənizində altıncı neft tankerini ələ keçirib.
Teleqraf xəbər verir ki, əməliyyatın görüntüləri ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının "X" platformasında paylaşılıb.
Rəsmi məlumata görə, əməliyyat ABŞ Müdafiə Nazirliyi tərəfindən digər dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib və Qərb yarımkürəsində qeyri-qanuni fəaliyyətin qarşısının alınmasına yönəlib.
Videoda ABŞ hərbçilərinin tankerə eniş etdiyi anlar əks olunub. Cənub Komandanlığı tankerinin insidentsiz saxlanıldığını açıqlayıb.