BAKI, 15 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 15 yanvar tarixində Vaşinqtonda Venesuela müxalifətinin nümayəndəsi Mariya Korina Maçado ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Trampın 15 yanvar üçün açıqlanmış iş qrafikinə görə, görüş yerli vaxtla saat 12:30-da (Moskva vaxtı ilə 21:30) baş tutacaq. Görüş Oval Ofisdə deyil, Prezidentin şəxsi qonaq otağında keçiriləcək və mümkündür ki, nahar formatında olsun.