BAKI, 15 yanvar. TELEQRAF
ABŞ-nin müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının İrana dair fövqəladə iclası yanvarın 15-də keçirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasından məlumat verilib.
Yanvar ayında Təhlükəsizlik Şurasına sədrlik edən Somali Federal Respublikasının Daimi Nümayəndəliyi iclasın Vaşinqtonun təşəbbüsü ilə təsdiq edilib-edilmədiyinə dair suala cavab verməyib.