BAKI, 15 yanvar. TELEQRAF

Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodrigez yanvarın 14-də ABŞ prezidenti Donald Trampla uzunmüddətli və nəticəyönlü telefon danışığı apardığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə “Telegram” kanalında paylaşım edib.

Bildirilir ki, dialoq qarşılıqlı hörmət şəraitində keçib. Rodrigezin sözlərinə görə, söhbət zamanı iki ölkə xalqlarının maraqlarına uyğun ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Karakas və Vaşinqton arasında münasibətlərdə qalan açıq məsələlər müzakirə olunub.