BAKI, 6 yanvar. TELEQRAF

Çeçenistan rəhbəri Ramzan Kadırov 20 yaşlı oğlu Axmat Kadırovu Çeçenistanın baş nazirinin müavini təyin edib.

Teleqraf xəbər verir ki, Ramzan Kadırov bu dəyişikliklərin hökumət sədri Maqomed Daudovun təklifi əsasında həyata keçirildiyini bildirib.

R. Kadırov baş verən dəyişiklikləri "kiçik kadr dəyişiklikləri" adlandırıb.

Qeyd edək ki, Axmat Kadırov həmçinin idman naziri vəzifəsində fəaliyyət göstərir.