BAKI, 1 yanvar. TELEQRAF

İstanbulda meteoroloji xəbərdarlıqlardan sonra gözlənilən qar bəzi rayonlarda nəqliyyata mənfi təsir göstərib.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarıyer və Beykozda bəzi nəqliyyat vasitələri tıxacda qalıb.

Qar Sarıyer və Arnavutköydə yolları, evlərin damlarını və avtomobilləri ağ örtüklə örtüb.

Sarıyerdəki Büyükdere küçəsində nəqliyyat vasitələri qar səbəbindən hərəkət etməkdə çətinlik çəkib və bəzi nəqliyyat vasitələri sürüşüb.