BAKI, 16 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynanın artıq öz ərazisinin bir hissəsini itirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o bu barədə jurnalistlərlə Ağ Evdə söhbəti zamanı danışıb.
O qeyd edib ki, ABŞ Avropa ilə birlikdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini işləyib hazırlayır. Trampın sözlərinə görə, Avropa bu prosesdə böyük rol oynayacaq və hazırlanacaq zəmanətlər gələcəkdə müharibənin təkrar başlamasının qarşısını almaq üçün nəzərdə tutulub.