BAKI, 11 dekabr. TELEQRAF
Nobel Sülh Mükafatının qalibi, Venesuela müxalifət lideri Mariya Korina Maçado aylarla gizlənməkdən sonra ilk dəfə Norveçin paytaxtı Osloda görünüb.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
O, “Grand Hotel”in eyvanından izdihama əl edərək tərəfdarlarını salamlayıb. Maçado daha sonra hotelin qarşısına çıxaraq metal baryerlərin arxasında gözləyən tərəfdarları ilə görüşüb.
Qeyd olunur ki, Maçado səyahət qadağasına baxmayaraq gizli şəkildə Norveçə gedib. O, 2024-cü ilin mübahisəli prezident seçkilərindən sonra əsasən gizli yaşayırdı və sonuncu dəfə yanvar ayında ictimaiyyət qarşısına çıxmışdı.
Mükafatın təqdimetmə mərasimində Maçadonun adından onun qızı Ana Korina Sosa iştirak edib.