BAKI, 4 dekabr. TELEQRAF
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov Vaşinqton tərəfi ilə sülh planının müzakirəsini davam etdirmək üçün ABŞ-yə yola düşüblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"ABŞ tərəfi bəzi qərarlar və təkliflər hazırlayıblar",- o qeyd edib.