BAKI, 29 noyabr. TELEQRAF

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov sülh danışıqları üzrə Ukrayna nümayəndə heyətinin rəhbəri təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə müvafiq sərəncam Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi saytında dərc olunub.

Bildirilib ki, Rüstəm Umerov ABŞ, Rusiya və Ukraynanın tərəfdaşları ilə sülh danışıqlarda nümayəndə heyətinin rəhbəridir.

Xatırladaq ki, R. Umerovdan əvvəl bu vəzifəni Ukrayna Prezident Aparatının sabiq rəhbəri Andrey Yermak tuturdu. Noyabrın 28-də onun evində aparılan axtarışdan sonra A. Yermak istefa verib.