BAKI, 27 noyabr. TELEQRAF
Ağ Ev yaxınlığında baş verən atışmada yaralanan Qərbi Virciniya Milli Qvardiyasının hər iki hərbçisi ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrissi "X" sosial şəbəkəsində yazıb.
"Qərbi Virciniyanın bu cəsur sakinlərini ölkələrini müdafiə edərkən canlarını verdilər. İstintaq davam etdiyi müddətdə federal hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bütün ştatımız onların ailələri, yaxınları və bütün qvardiya heyəti ilə birlikdə kədərlənir", - o qeyd edib.
Qubernator vurğulayıb ki, bu hərəkətə görə tam məsuliyyət tələb ediləcək.
***
01:30
Vaşinqton polisi Ağ Ev yaxınlığında baş verən atışma ilə bağlı bir nəfəri şübhəli şəxs qismində saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları "X" sosial şəbəkəsində məlumat yayıb.
“Məkan mühasirəyə alınıb. Bir şübhəli saxlanılıb”, - deyə məlumatda bildirilib.
ABŞ Prezidenti Donald Tramp açıqlamasında hücum edən şəxsin ağır yaralandığını deyib. Tramp "Truth Social" hesabında paylaşım edərək silahlı şəxsi “heyvan” adlandırıb və onun törətdiyi cinayətə görə “çox ağır bədəl ödəyəcəyini” bildirib.
Prezidentin sözlərinə görə, yaralanan Milli Qvardiya hərbçilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir və onlar xəstəxanada intensiv tibbi nəzarət altındadırlar.
***
00:33
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, Milli Qvardiyanın iki əməkdaşı yaralanıb.
Teleqraf "NBC"yə istinadən xəbər verir ki, atışma gecə saatlarında olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini mühasirəyə alıb və bir nəfər şübhəli saxlanılıb.