BAKI, 27 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial media səhifəsində ölkəsinin Cənubi Afrika Respublikasına (CAR) bütün subsidiyalarının dərhal dayandırılacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp CAR-ın heç bir beynəlxalq kluba üzvlüyə layiq olmadığını deyib: "Biz Cənubi Afrikaya verilən bütün subsidiyaları dərhal dayandıracağıq".
Bu, Amerika liderinin Cənubi Afrikanın G20-yə sədrliyi ABŞ-a təhvil verməkdən imtinasına cavabı kimi qiymətləndirilir. Tramp həmçinin Cənubi Afrikanı 2026-cı ildə Mayamidə keçiriləcək G20 sammitində iştirak hüququndan məhrum etməklə hədələyib.