BAKI, 26 noyabr. TELEQRAF

Ukrayna Avropa vasitəsilə ABŞ-dən 5 milyard dollar dəyərində hərbi sursat əldə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rütte bildirib.

"Avropanın ABŞ-dən Ukrayna üçün silah almasını nəzərdə tutan təşəbbüs çərçivəsində Kiyev bu ilin sonunadək təxminən 5 milyard dollar dəyərində hərbi yardım alacaq",- o qeyd edib.