BAKI, 25 noyabr. TELEQRAF

Prezident Vladimir Putin Rusiyanın Donbasa ya hərbi, ya da danışıqlar yolu ilə nəzarəti təmin edəcəyinə əmindir.

Teleqraf xəbər verir ki, bunu "CBS News"adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Amerikalı rəsmi vurğulayıb ki, hərbi əməliyyatların gedişi regionun tamamilə Rusiyanın nəzarəti altında olacağından xəbər verir.

Mənbə Rusiyanın Pokrovsk şəhərində əldə etdiyi uğurların Kiyevin müdafiə imkanları üçün müsbət əlamət olmadığını qeyd edib.