BAKI, 20 noyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinə (XİN) ABŞ tərəfindən Ukrayna münaqişəsinə dair yeni sülh planı ilə bağlı heç bir məlumat daxil olmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində bildirib.

M. Zaxarova vurğulayıb ki, bu tip xəbərlərdə mənbənin açıqlanması və məlumatın konkretləşdirilməsi vacibdir:

"ABŞ ilə müzakirə və danışıqlar yalnız rəsmi kanallar vasitəsilə aparılmalıdır və mediada yayılan iddialara əsasən hər hansı nəticəyə gəlmək doğru deyil. Rusiya hazırda yayılan məlumatların etibarlılığını təsdiqləmir".