BAKI, 13 noyabr. TELEQRAF
Türkiyədə Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi nəqliyyat təyyarəsindən sonra eyni tipli bütün təyyarələrin uçuşlarının müvəqqəti olaraq dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, C-130 tipli hərbi nəqliyyat təyyarələrinin uçuşları 12 noyabrdan etibarən dayandırılıb.