BAKI, 13 noyabr. TELEQRAF
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20-ci hərbçinin nəşi tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə işləri zamanı sonuncu şəhidin də nəşi aşkarlanıb. Bununla da axtarış-xilasetmə işləri başa çatıb", - məlumatda deyilir.