Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın energetika və ədliyyə nazirlərinin istefasını tələb edib.

Teleqraf xəbər verir ki, Zelenskinin bəyanatı enerji sektorundakı korrupsiya qalmaqalı fonunda səslənib.

"Məncə, ədliyyə naziri və energetika naziri öz vəzifələrində qala bilməzlər. Bu, digər məsələlərlə yanaşı, etimad məsələsidir. İttihamlar varsa, onlara cavab verilməlidir. Onların işdən çıxarılması barədə qərar tez və operativ şəkildə qəbul edilir. Mən Ukraynanın baş nazirindən bu nazirlərin istefalarını təqdim etməyi xahiş etmişəm. Ali Radanın üzvlərindən xahiş edirəm ki, bu işdə istefalar qanuni şəkildə həll olunsun”, - Ukrayna prezidenti bildirib.

Bundan əvvəl baş nazir ədliyyə naziri Herman Qaluşenkonu vəzifəsindən azad edib.

Milli Antikorrupsiya Bürosu (NABU) Ukraynanın enerji sektorunda irimiqyaslı rüşvət sxemi ilə bağlı apardığı araşdırmanın təfərrüatını dərc edib . NABU materiallarında Ukrayna hökumətinin bir neçə keçmiş və indiki üzvlərindən, həmçinin prezident Zelenskinin yaxın dostu kimi qələmə verilən biznesmen Timur Mindiçdən bəhs edilir.