BAKI, 9 noyabr. TELEQRAF
"Zəfərdən sonra sülh küləkləri əsir, biz Türkiyə olaraq bundan məmnunluq duyuruq. Azərbaycanla əlaqəli şəkildə Ermənistanla normallaşma prosesini aparırıq. Bu prosesi apararkən, Azərbaycanın burada olan haqlarına xələl gətirilməsinə əsla icazə verə bilməyəcəyimizi də qarşı tərəflərə bildiririk".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.