BAKI, 30 oktyabr. TELEQRAF
Karib hövzəsində əsrin qasırğası sayılan “Melissa” Yamaykanı vurduqdan sonra Kuba istiqamətində hərəkətini davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə "Jibek Joly" telekanalı məlumat yayıb.
Qasırğa zamanı küləyin sürəti saatda 300 kilometrə çatıb. Fırtına nəticəsində yarım milyondan çox insan işıqsız qalıb, minlərlə ağac aşıb, binaların damları uçub, yollar isə daşqın çaylarına çevrilib.
Yerli hakimiyyət orqanları bildiriblər ki, ada infrastrukturu belə güclü təbiət hadisəsinə hazır olmayıb. Bundan əlavə, bəzi bölgələrdə sakinlərə timsahların öz yaşayış yerlərini tərk edərək məskunlaşma ərazilərinə daxil ola biləcəyi barədə xəbərdarlıq edilib.
Sinoptiklərin proqnozları özünü doğruldub, qasırğa Kubanın ikinci ən böyük şəhəri olan Santyaqo-de-Kubaya çatıb.
Kuba Prezidenti Migel Dias-Kanel hadisənin miqyasına diqqət çəkərək bildirib.
“Bu hadisə çox genişmiqyaslıdır. İnsanlar onun yaratdığı təhlükəni anlamalıdırlar. Bina möhkəmləbdirilməyibsə, saatda 260 kilometrdən artıq külək bir anda onu dağıda bilər”, - o açıqlayıb.