BAKI, 22 oktyabr. TELEQRAF
"Coca-Cola" şirkəti ABŞ-də içkilərdə qarğıdalı şərbəti əvəzinə istifadə etmək üçün kifayət qədər qamış şəkəri tapa bilmir.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin prezidenti və maliyyə direktoru Con Mörfi "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ-də qamış şəkərinin mövcudluğu məhduddur. Bu səbəbdən şirkətin dəyişdirilmiş reseptlə hazırlanmış içkini ABŞ bazarına çıxarması mərhələli olacaq.
Agentlik qeyd edir ki, Mörfinin açıqlamaları ABŞ şirkətlərinin Prezident Donald Trampın tələb və istəklərinə uyğunlaşmağa çalışarkən qarşılaşdığı çətinliklərdən xəbər verir.