BAKI, 22 oktyabr. TELEQRAF

Ən iri iki kriptovalyuta "Bitcoin" və "Ethereum"ın qiyməti bazarda qiymət azalması göstərir.

Teleqraf xəbər verir ki, bu barədə "Binance" birjasının məlumatlarında qeyd olunur.

22 oktyabr, Bakı vaxtı ilə 02:06-ya olan məlumata görə, "Ethereum"un qiyməti 2,13% azalaraq $3 906 səviyyəsində qərarlaşıb. Kriptovalyutanın tarixi maksimumu 24 avqust 2025-ci ildə qeydə alınıb ($4 956,78).

"Bitcoin"in dəyəri isə 1,36% azalaraq $109 268 olub.

"Coinmarketcap" məlumatına əsasən, ümumi kriptobazarın kapitallaşması $3,69 trilyon təşkil edir. Bunun $2,177 trilyonu (59%) "Bitcoin", $471 milyardı (12,8%) isə "Ethereum"a məxsusdur.