BAKI, 21 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə hərbi xidmətin müddətinin azaldıldığını elan edib.
Teleqraf "Armenpress"ə istinadən xəbər verir ki, Nikol Paşinyan videomüraciətində 2 illik hərbi xidmətin 1,5 ilə endirilməsi ilə bağlı qərar qəbul olunduğunu bildirib.
“Əziz həmvətənlər, müdafiə naziri parlamentdəki həmkarları ilə müzakirələrdən sonra hərbi xidmət müddətinin 2 ildən 1,5 ilə endirilməsini təklif edən qanun layihəsini təqdim etmişdi. Əvvəlcədən nəzərdə tutulurdu ki, bu dəyişiklik 2026-cı ilin yay çağırışından qüvvəyə minəcək. Lakin biz qərara gəldik ki, qanun daha tez, 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin. Beləliklə, həmin tarixdən etibarən Ermənistan ordusunda hərbi xidmət 2 il deyil, 1,5 il olacaq”, - o qeyd edib.