BAKI, 17 oktyabr. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyinin Müdafiə və Təhlükəsizlik İşləri İdarəsinin baş direktoru general-mayor İlkay Altındağın rəhbərliyi ilə Türkiyə hərbi heyəti Suriyanın paytaxtı Dəməşqi ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, heyət Suriya müdafiə naziri Murhaf Əbu Kasra ilə görüş keçiriblər.

Görüş zamanı tərəflər regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.