BAKI, 17 oktyabr. TELEQRAF

Filippinlərin Luzon adasında, La Union şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, ABŞ-nin Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin La Union şəhərinin cənub-qərb hissəsində yerləşdiyini açıqlayıb.

Qeyd edilir ki, zəlzələ təxminən 69 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda itki və ya dağıntılar barədə məlumat verilməyib.

Həmçinin hadisə ilə bağlı tsunami xəbərdarlığı elan olunmayıb.