BAKI, 15 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinlə ərzaq yağı və digər məhsullar üzrə ticarəti dayandırmağı nəzərdən keçirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında yazıb.

Bu addım Pekinin ABŞ-dən soya idxalından imtina etməsi ilə əlaqələndirilir.

“Çinin bizim soyamızı almaqdan qəsdən imtina etməsi və fermerlərimizə çətinlik yaratması iqtisadi düşmənçilik aktıdır. Cavab olaraq, biz Çinlə ərzaq yağı və digər malların ticarətini dayandırmaq variantını araşdırırıq”, - Tramp bildirib.

O həmçinin əlavə edib ki, ABŞ öz ərzaq yağını istehsal edə bilər və bunun üçün Çinə ehtiyac yoxdur.