BAKI, 14 oktyabr. TELEQRAF
Avropa İttifaqında (Aİ) dondurulmuş 232 milyard dollarlıq Rusiya aktivlərinin Ukraynaya davamlı maliyyə dəstəyi göstərməyin yeganə real yolu olduğuna inam artır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" yazər.
Agentliyin mənbələrinin bildirdiyinə görə, Aİ nümayəndələri alternativ maliyyələşdirmə mənbələri tükəndiyini hesab edir.
Məlumata əsasən, Avropa liderləri gələn həftə Brüsseldə keçiriləcək sammitdə Rusiya aktivlərindən istifadə məsələsində siyasi razılığa gəlməyə çalışacaqlar. Razılıq əldə edildikdən sonra Avropa Komissiyası vəsaitlərin Ukraynaya yönləndirilməsi üçün hüquqi mexanizmin hazırlanmasına başlayacaq. Bu prosesin 2026-cı ilin ikinci rübünə qədər tamamlanması planlaşdırılır.