BAKI, 13 oktyabr. TELEQRAF
Filippin Sahil Mühafizəsi Çin gəmisinin Cənubi Çin dənizinin mübahisəli bölgəsindəki adanın yaxınlığında lövbər salmış Filippin hökumət gəmisini qəsdən vurduğunu iddia edir.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Bildirilir ki, bazar günü səhər Çin Sahil Mühafizəsinin gəmisi Filippin Balıqçılıq Agentliyinə məxsus "BRP Datu Pagbuaya" gəmisinə su şırnaqlarından atəş açıb. Üç dəqiqə sonra həmin gəmi katerin kornasını qəsdən vurub, nəticədə katerdə kiçik struktur zədələri yaranıb. Ekipaj üzvlərinə zərər dəyməyib.