BAKI, 12 oktyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ Prezidenti Donald Trampın dəvətilə Qəzza ilə bağlı keçiriləcək "Sülh Sammiti"ndə iştirak üçün oktyabrın 13-də Misirə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Ərdoğanın Zirvə görüşündə çıxış etməsi, həmçinin iştirakçı ölkələrin liderləri ilə məsləhətləşmələr aparması planlaşdırılır.