BAKI, 11 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Türkiyə də daxil olmaqla 11 ölkənin liderlərinin iştirakı ilə Misirdə beynəlxalq zirvə təşkil etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Bildirilib ki, Donald Tramp bazar ertəsi İsrailə səfər edəcək, İsrail Parlamentində çıxış etdikdən sonra isə Misirə yollanacaq.