BAKI, 7 oktyabr. TELEQRAF
UNESCO-nun İcraiyyə Şurası misirli Xalid Əl-Ənanini təşkilatın baş direktoru vəzifəsinə namizəd kimi irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə UNESCO-nun mətbuat xidməti məlumat yayıb.
Namizədlik 6 noyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək UNESCO-nun Baş Konfransında bütün üzv dövlətlərin səsverməsinə çıxarılacaq. Baş Konfrans tərəfindən seçildikdən sonra Xaləd Əl-Ənani vəzifəyə noyabrın ortasında başlayacaq.