BAKI, 7 oktyabr. TELEQRAF
Qəzza sektorunda atəşkəsin təmin olunmasına dair yeni danışıqların ilk günü Misirin Şarm əl-Şeyx şəhərində başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Misirin "Al-Kahira al-İxbaria" televiziyası məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələr "müsbət atmosferdə" keçib və oktyabrın 7-də davam etdiriləcəyi gözlənilir. Hələlik digər nəticələr barədə məlumat verilməyib.