BAKI, 6 oktyabr. TELEQRAF

Almaniyada hərbi xidmət gələcəkdə məcburi ola bilər.

Teleqraf xəbər verir ki, bunu ARD telekanalına müsahibəsində Almaniyanın kansleri Fridrix Merts bildirib.

“Hazırda könüllü xidmət prinsipinə sadiq qalmalıyıq, lakin ehtimal edirəm ki, bu, gələcəkdə yalnız könüllü olaraq qalmayacaq,” – deyə kansler qeyd edib.