BAKI, 6 oktyabr. TELEQRAF

Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza zolağında atəşkəs məsələsini müzakirə etmək üçün Misirə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında məlumat yayılıb.

Bildirilir ki, nümayəndə heyətinə təşkilatın Qəzzadakı lideri Xalil əl-Heyya rəhbərlik edir. Danışıqlar zamanı atəşkəs, İsrail qüvvələrinin Qəzzadan çıxarılması və girovların fələstinli məhbuslarla mübadiləsi məsələləri müzakirə olunacağı gözlənilir.

Hazırda danışıqlarda HƏMAS-ın digər siyasi büro üzvlərinin iştirak edib-etməyəcəyi barədə məlumat verilməyib.