BAKI, 4 oktyabr. TELEQRAF
Qətər Qəzza münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsi üçün Misir və ABŞ ilə koordinasiyaya başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin XİN sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari "X" şəbəkəsində məlumat verib.
“Qətər vasitəçi tərəfdaşları Misir və ABŞ ilə birgə müzakirələri davam etdirmək və müharibənin dayandırılmasına yol açmaq üçün işə başlayıb”, - əl-Ənsari yazıb.
O həmçinin bildirib ki, Qətər HƏMAS-ın ABŞ Prezidenti tərəfindən irəli sürülən sülh planını qəbul etməsi və əsirlərin azad olunmasına hazır olması barədə bəyanatını müsbət qarşılayır.