BAKI, 8 sentyabr. TELEQRAF
Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı hücum nəticəsində yaralananların sayı 6-ya çatıb.
Teleqraf xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd edilir ki, polis bölməsinə silahlı hücum edən şəxs zərərzisləşdirilib.
Yaralı olaraq ələ keçirilən şəxs xəstəxanada ölüb.
***
11:03
Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı hücum olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, hücum 16 yaşlı yeniyetmə tərəfindən edilib.
O, tüfənglə polis əməkdaşlarını atəşə tutub.
Qeyd edilir ki, hadisə nəticəsində 2 polis həlak olub, bir polis yaralanıb.