BAKI, 4 sentyabr. TELEQRAF
Almaniya kansleri Fridrix Merts bildirib ki, çərçivə şərtləri dəqiqləşdikdən sonra Ukraynaya qoşun göndərilməsi ilə bağlı qərar verəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Merts bu gün "Könüllülər Koalisiyası"nın Zirvə Toplantısına onlayn qatılıb.
O, Rusiya ilə danışıqların nəticəsindən sonra avropalıların Ukraynaya güclü təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu və ölkəsinin də buna töhfə verəcəyini bəyan edib.
"Çərçivə şərtləri dəqiqləşdirildikdən sonra Almaniya qoşunların yerləşdirilməsinə vaxtı gələndə qərar verəcək. Bura ABŞ-nin potensial hərbi müdaxiləsinin əhatə dairəsi və danışıqlar prosesinin nəticəsi daxildir", - Merts əlavə edib.
O, qoşunların göndərilməsi ilə bağlı qərarın Federal Məclis tərəfindən verilə biləcəyini vurğulayıb.