BAKI, 30 avqust. TELEQRAF
"Almaniyanın artıq mövcud sosial-iqtisadi sistemi saxlamağa gücü çatmır".
Teleqraf xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.
"Biz gənc nəsillərin də Almaniyada yaşamaq, işləmək, firavanlıq əldə etmək və gələcəkdə təhlükəsiz iş tapmaq şansına malik olmasını təmin etməliyik. Mən ölkə olaraq sənaye muzeyinə çevrilməyimizi istəməzdim", - deyən Merts iqtisadiyyatda aparıcı mövqeləri qoruyub saxlamaq üçün şərait yaradılmalı olduğunu vurğulayıb.