BAKI, 27 avqust. TELEQRAF

Bir neçə ölkə ilə “İbrahim sazişləri”nə qoşulmaqla bağlı danışıqlar aparırıq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

Xüsusi nümayəndə söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl Uitkoff Azərbaycan və Ermənistanın da "İbrahim sazişləri"nə qoşula biləcəyini bəyan etmişdi.