BAKI, 5 avqust. TELEQRAF

Fransanın cənubunda Ribot şəhərinin yaxınlığında güclü meşə yanğını başlayıb.

Teleqraf “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə xeyli qüvvələr səfərbər edilib.

Hadisə yerinə 430-dan çox yanğınsöndürən gedib.

Yanğının söndürülməsi səbəbindən ərazidə bütün yollar bağlanıb.

Məlumata görə, baş verən hadisə meşə yanğınları üçün ən yüksək (qırmızı) xəbərdarlıq səviyyəsində açıqlanıb.