BAKI, 18 iyul. TELEQRAF
Son iki həftə ərzində Türkiyədə İŞİD-lə əlaqəsi olduğu güman edilən 153 nəfər tutulub.
Teleqraf xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, əməliyyatlar ölkənin 28 vilayətində aparılıb.
"Saxlanılan şəxslər İŞİD-in fəaliyyətində iştirak etməkdə, bu təşkilatla əlaqəli saxta humanitar qurumlara pul göndərməkdə və sosial şəbəkələrdə terror təbliğatı yaymaqda şübhəli bilinir", - o qeyd edib.